AZ

Saat 23:00-dan sonra oyaq qalanların NƏZƏRİNƏ: Piylənmə və boy qısalığı TƏHLÜKƏSİ

Saat 23:00-dan sonra yatmaq vərdişi beyni məhv edir və piylənməyə səbəb olur.

İnterpress.az xəbər verir ki, bu barədə mütəxəssis-somnoloqlar məlumat yayıb.

Həkimlər xəbərdarlıq edirlər ki, hər gün saat 23:00-dan sonra yuxuya getmək vərdişi orqanizm üçün dağıdıcı nəticələrə yol açır. Məhz bu vaxtdan etibarən bədəndə yuxu hormonu kəskin azalır, stress hormonu olan kortizolun səviyyəsi isə yüksəlməyə başlayır.

Mütəxəssislər mütəmadi olaraq gec saatlara qədər oyaq qalmağın həftələr üzrə fəsadlarını belə sıralayıblar:

  • Yuxusuzluğun ikinci həftəsində: Boy hormonu aşağı düşür, nəticədə əzələlər daha pis bərpa olunur, fiziki güc azalır. Uşaq və yeniyetmələrdə isə boy artımı ləngiməyə başlayır.

  • Üçüncü həftədə: Zərərli maddələrin orqanizmdən xaric olunması prosesi pozulur. Bu mərhələdə beyin funksiyaları o dərəcədə zədələnir ki, o, sanki “öz-özünü yeməyə” başlayır.

  • Dördüncü həftədə: Toxluq hissinə cavabdeh olan leptin hormonunun səviyyəsi enir. Bu, insanda şiddətli aclıq hissi yaradır, xüsusilə yağlı və şirin qidalara meyl artır ki, bu da sürətli şəkildə artıq çəki və piylənməyə gətirib çıxarır.

Həkimlər sağlamlığı qorumaq üçün yuxu rejiminə ciddi əməl etməyi və gecə saat 23:00-dan gec olmayaraq yuxuya getməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
80
interpress.az

1Mənbələr