AZ

Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Hazırda:
 
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
 
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 
4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
 
5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 
7. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
 
8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 
10. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;
 
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 
12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
 
13. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;
 
14. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
 
15. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Seçilən
44
49
moderator.az

10Mənbələr