“İranın donanması məhv edilib”.
Xezerxeber.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, ABŞ üç gündə 24 gəmini məhv edib.
Tramp əlavə edib ki, ölkənin zenit silahları və təyyarələri də yoxa çıxıb.
“Onların hava qüvvələri, hava hücumundan müdafiə sistemləri yoxdur”,- deyə Tramp bildirib.
ABŞ lideri, həmçinin hesab edir ki, İran liderləri artıq razılaşma əldə etməyə və döyüşlərə son qoymağa hazırdır. Lakin o, indi daha çox döyüşmək istədiyini deyib.