Bakı. Trend:
Dünyada milyarderlərin sayı rekord həddə çatıb.
Trend xəbər verirki, bu barədə "Hurun Report" tərəfindən dərc edilən "Hurun GlobalRich List" reytinqində bildirilib. Hesabata əsasən, fond bazarınınartımı və süni intellektin texnologiyalarının inkişafımilyarderlərin sayının rekord səviyyəyə yüksəlməsinə səbəb olub.Çin digər ölkələrlə müqayisədə daha çox milyarderin yaşadığı ölkəolaraq göstərilib.
Hesabata görə, Çin milyarderlərin sayına görə ABŞ-ni geridəqoyaraq dünyada liderliyini bərpa edib.
"South China Morning Post" qəzetinin yazdığına görə, əvvəlkihesabatın dərcindən bəri Çində milyarderlərin sayı 287 nəfərartaraq son üç ildə yaranmış itkiləri tam kompensasiya edib.
Süni intellekt Çində iki yeni milyarderin meydana çıxmasınasəbəb olub: "MiniMax" şirkətindən Yan Tsyuntsze 3,6 milyard dollar,"Knowledge Atlas Technology JSC" (daha çox "Zhipu" adı ilə tanınır)şirkətindən Lyu Debin isə 1,2 milyard dollar sərvətə malikdir.
792 milyard dollar sərvəti ilə İlon Mask siyahıda birinci yerdəqərarlaşıb. Onu 300 milyard dollar sərvətlə Jeff Bezos və 281milyard dollarla Lerri Peyg izləyir. Mask sərvəti 700 milyarddolları keçən ilk insan olub.
ABŞ 1000 milyarder ilə (ötən illə müqayisədə 130 nəfər çox)ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə 308 milyarderə malikHindistan gəlir ki, bu da ötən illə müqayisədə 24 nəfər çoxdur.Almaniya 171 milyarder ilə Böyük Britaniyanı qabaqlayaraq dördüncüyerə yüksəlib.
Qlobal miqyasda 114 milyarder süni intellekt sahəsində fəaliyyətgöstərən şirkətlərlə bağlıdır. Onlardan 46-sı bu kateqoriyaya ilkdəfə daxil olub və nəticədə süni intellekt yeni milyarderlərinyaranmasının ən böyük mənbəyinə çevrilib.
Şəhərlərin reytinqində Nyu-York 146 milyarder ilə yenə dəmilyarderlərin dünya paytaxtı olaraq qalır. Şençjen milyarderlərinsayını 47 nəfər artıraraq 132-yə çatdırıb və ikinci yerə yüksəlib.Ondan sonra Şanxay, Pekin və London gəlir.
Milyarderlərin orta yaşı 65 təşkil edib.