AZ

Tramp Messinin komandasını Ağ Evdə qəbul edib

BAKI, 6 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2025-ci il Major League Soccer (MLS) çempionu olan “İnter Mayami” futbol klubunun üzvlərini Ağ Evdə qəbul edib.

Teleqraf xəbər verir ki, görüş komandanın MLS kubokunu qazanması münasibətilə təşkil olunub.

Tramp çıxışı zamanı futbolçuları təbrik edib və komandanın ulduz oyunçularından Lionel Messinin adını xüsusi qeyd edib.

ABŞ Prezidenti həmçinin çıxışında İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı qısa məlumat verib və Kuba ilə mümkün diplomatik razılaşmanın müzakirə olunduğunu bildirib.

“İnter Mayami” klubunun sahibi Xorxe Mas da tədbirdə çıxış edərək komandanı qəbul etdiyi üçün ABŞ prezidentinə təşəkkür edib və klub adından Trampa xatirə hədiyyələri təqdim edib.

Qeyd olunur ki, tədbirin sonunda Donald Tramp jurnalistlərin suallarını cavablandırmayıb.

Seçilən
43
teleqraf.com

1Mənbələr