AZ

Günəşə yaxınlaşan kometanı gözlə görmək mümkün olacaq

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Günəşlə toqquşma trayektoriyasında hərəkət edən C/2026 A1 (MAPS) kometası yox olmamışdan qısa müddət əvvəl gözlə görünə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəsmi "Telegram" kanalında məlumat verilib.

Alimlərin hesablamalarına görə, səma cisminin Günəşə 2026-cı il aprelin 4-də yaxınlaşacağı gözlənilir. Bildirilib ki, kometa Günəş tacında temperaturun həddindən artıq yüksək olması səbəbindən ulduzun səthindən yüzminlərlə kilometr məsafədə məhv olacaq.

Astronomların sözlərinə görə, obyektin dəqiq trayektoriyası hələ də tam müəyyən edilməyib. Bununla belə, müşahidəçilər nadir səma hadisəsinin şahidi ola bilərlər. Proqnozlara əsasən, kometanın parlaqlığı son üç-dörd gün ərzində kəskin şəkildə artacaq və onun quyruğu xeyli uzanacaq. Bu isə obyektin gün batımından sonra axşam səmasında görünməsinə səbəb ola bilər.

Məlumata görə, yanvar ayında kəşf edildikdən bəri kometanın parlaqlığı təxminən 30 dəfə artıb. Hazırda onu yalnız teleskoplar vasitəsilə müşahidə etmək mümkündür, lakin yaxın həftələrdə müşahidə şəraitinin daha da yaxşılaşacağı gözlənilir.

Həmçinin qeyd olunub ki, kosmik teleskoplar səma cisminin məhv olma anını qeydə almağa çalışacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
2
oxu.az

3Mənbələr