AZ

Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı siyasətini müəyyənləşdirmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton əvvəlcə İrana qarşı hərbi əməliyyatı başa çatdırmaq, bundan sonra isə Kuba ilə bağlı siyasətini müəyyənləşdirmək niyyətindədir.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı danışıb.

O, ABŞ dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubionun fəaliyyətini yüksək qiymətləndirərək Kubadakı vəziyyətə də toxunub.

“Marko, sən fantastik iş görürsən. Xüsusilə də Kuba ilə bağlı məsələlərdə”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton hazırda əsas diqqətini İrana qarşı hərbi əməliyyata yönəldib.

“Əvvəlcə bu işi bitirmək istəyirik”, – deyə Tramp İranla bağlı kampaniyanı nəzərdə tutaraq qeyd edib.

Tramp çıxışı zamanı kubalı köklərə malik olan Marko Rubionun gələcəkdə Kubaya səfər edə biləcəyini də vurğulayıb.

Seçilən
60
2
apa.az

3Mənbələr