AZ

Polşa əcnəbilərə qarşı kütləvi yoxlama və deportasiya əməliyyatı keçirib

Bakı. Trend:

Polşada əcnəbilərə qarşı kütləvi həbs və deportasiya əməliyyatıhəyata keçirilib.

Trend xəbər verirki, bu barədə Polşanın daxili işlər naziri Marcin Kierwiński “X”sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, ölkədə təxminən 1800 yoxlama aparılıb vənəticədə təxminən 140 nəfər saxlanılıb. Əcnəbilərin ölkəni tərketmələri üçün 130 prosedur həyata keçirilib.

Polşa Sərhəd Xidmətinin məlumatına əsasən, 110 halda şəxslərinölkə ərazisində qanunsuz yaşadıqları üçün Polşanı tərk etmələri iləbağlı məhkəmə prosesi başlanıb.

Digər 20 halda isə milli təhlükəsizliyə təhdid yaradan şəxslərbarədə Polşadan dərhal deportasiya qərarı verilib.

Seçilən
77
az.trend.az

1Mənbələr