AZ

Hindistan HHQ-nin radarlardan itmiş qırıcısı qəzaya uğrayıb - YENİLƏNİB

Daha əvvəl radarlardan itmiş Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Su-30MKI" qırıcısı ölkənin şimal-şərqindəki Assam ştatında qəzaya uğrayıb.

"Far.Az"un məlumatına görə, bu barədə Hindistan HHQ-nin "X" sosial şəbəkəsindəki məlumatında qeyd olunub.

"Təlim-məşq uçuşu yerinə yetirən "Su-30MKI" qırıcısı Assam ştatının Karbi-Anqlonq rayonunda, Corhatdan təxminən 60 km məsafədə qəzaya uğrayıb. Axtarış əməliyyatı davam edir", - qurum bildirib.

Pilotların taleyi barədə məlumat yoxdur.

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "Su-30" qırıcısı Assam ştatındakı Karbi-Anqlonq rayonu üzərində uçuş zamanı radarlardan itib.

"Far.Az" xəbər verir ki, bu barədə HHQ-nin rəsmi nümayəndəsi, hərbi kəşfiyyatın polkovnik-leytenantı Mahendra Ravat "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, təyyarə ilə cümə axşamı Corhatdakı hərbi bazadan qalxdıqdan sonra əlaqə kəsilib.

Axtarış-xilasetmə işləri davam edir.

Seçilən
76
6
far.az

8Mənbələr