AZ

ABŞ Senatı DTN-in maliyyələşdirilməsi layihəsini yenə dəstəkləməyib

ABŞ Senatı Daxili Təhlükəsizlik Nazirliyində (DTN) şatdaunun qarşısını almaq üçün zəruri olan maliyyələşdirilmə haqqında qanun layihəsini yenidən dəstəkləməyib.

"Report"un məlumatına görə, qanunverici orqanın yuxarı palatasındakı səsvermə prosesi "C-SPAN" telekanalı vasitəsilə canlı yayımlanıb.

DTN-in maliyyə ilinin sonuna qədər (ABŞ-də 30 sentyabrda başa çatır) maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinin lehinə 51, əleyhinə isə 45 senator səs verib. Prosessual səsvermədən keçmək üçün azı 60 qanunvericinin dəstəyi tələb olunurdu. Beləliklə, nazirliyin şatdaun vəziyyəti davam edir. Senat indiyədək bu qanun layihəsi üzrə artıq iki dəfə prosessual səsvermə keçirib.

Xatırladaq ki, cümə axşamı ABŞ Prezidenti Donald Tramp DTN-ə rəhbərlik edən Kristi Noemin martın 31-də vəzifəsindən gedəcəyini bəyan edib. Tramp bu vəzifəyə Senatın üzvü Markueyn Mallinin (Oklahomadan olan respublikaçı) namizədliyini irəli sürüb.

Seçilən
69
far.az

1Mənbələr