AZ

Növbəti ev oyununun yeri müəyyənləşfi - Amadoranı seçdilər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya yığmasının növbəti ev oyununun yeri müəyyənləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, portuqaliyalılar millimizlə Bakıdakı görüşdən sonra Şotlandiyanı Amadorada qəbul edəcək.

Qrupumuzun lideri martın 27-də “Palms Sports Arena”da U-21 yığmamızın qonağı olacaq və ayın 31-də əsas rəqiblərindən olan Şotlandiyanı qəbul edəcək.

Görüş Amadorada yerləşən “Joze Qomes” stadionunda baş tutacaq. Portuqaliya yığması orada sonuncu dəfə 2023-cü ildə Belarusla qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Portuqaliya hazırda 13 xalla B qrupuna başçılıq edir. Millimiz isə 5 xalla 5-ci pillədə qərarlaşır.

Seçilən
97
sportinfo.az

1Mənbələr