AZ

"Ford" ABŞ-də 600 mindən çox avtomobili geri çağırır

Bakı. Trend:

"Ford Motor" şüşə silən mühərrikindəki nasazlıq səbəbindənABŞ-də təxminən 604.500 avtomobili geri çağırır.

Trend xəbər verirki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının(NHTSA) açıqlamasında bildirilir.

Məlumata görə, qüsurlu şüşəsilən mühərriki sıradan çıxa bilərki, bu da sürücünün görmə qabiliyyətini pozur və qəza riskiniartırır. Dilerlər mühərrikləri yoxlayacaq və zəruri hallarda onlarıpulsuz dəyişdirəcəklər.

Geri çağırılma 2020–2022-ci il modelləri olan "Ford Explorer" və"Ford Escape", eləcə də "Lincoln Aviator" və "Lincoln Corsair"avtomobillərinə şamil olunur.

Şirkətin səhmləri cümə axşamı günü 2,9% ucuzlaşıb. İlinəvvəlindən bəri "Ford Motor Company"nin bazar kapitallaşması 5,2%azalaraq 51,1 milyard dollara düşüb.

Seçilən
76
az.trend.az

1Mənbələr