AZ

“Zirə” - O, bir müddət yaşıl meydanlardan uzaq qalacaq

"Zirə"nin heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin aparıcı üzvlərindən olan Ayron Qomis sıradan çıxıb.

Fransalı yarımmüdafiəçi Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin "Sumqayıt"la cavab matçının 76-cı dəqiqəsində zədələnərək meydanı tərk edib.

Tibbi müayinədən sonra Qomisin zədəsinin ciddi olduğu məlum olub. 26 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

"Sumqayıt"la qarşılaşma "Zirə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk görüş qolsuz bərabərliklə yekunlaşdığı üçün Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yarımfinala yüksəlib.

Ayron Qomis 2024-cü ilin sentyabrından "Zirə"də çıxış edir. O, cari mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
85
sportinfo.az

1Mənbələr