AZ

Tramp: ABŞ üç gün ərzində İranın 24 gəmisini batırıb

BAKI, 6 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi kampaniyanın üç günü ərzində Amerika hərbçiləri İranın 24 hərbi gəmisini batırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, açıqlamasında deyib.

“Onların donanması məhv edilib. Üç gün ərzində 24 gəmi. Bu, çox sayda gəmi deməkdir”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidentinin sözlərinə görə, İranın hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemləri də artıq faktiki olaraq sıradan çıxarılıb.

Tramp əlavə edib ki, Vaşinqton hərbi əməliyyatları davam etdirmək niyyətindədir.

Onun sözlərinə görə, İrana endirilən zərbələrdən sonra ölkənin bərpası üçün təxminən on il vaxt tələb oluna bilər.

Seçilən
61
teleqraf.com

1Mənbələr