AZ

Oval kabinetdə RİTUAL: Donald Tramp keşişlərlə birgə DUA ETDİ – VİDEO

Oval kabinetdə dini ayin keçirilib, Donald Tramp keşişlərlə birgə dua edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin köməkçisi Den Skavino məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ölkənin müxtəlif ştatlarından gələn pastorlarla (xristian keşişləri) bir araya gəlib. Görüş zamanı Oval kabinetdə kollektiv dua mərasimi keçirilib.

Prezidentin köməkçisi tərəfindən paylaşılan görüntülərdə keşişlərin Trampın ətrafına toplaşaraq əllərini onun üzərinə qoyduqları və xeyir-dua oxuduqları əks olunub.

Dua zamanı keşişlərdən biri Tanrıdan prezidentə bu çətin günlərdə güc, hikmət və qoruma diləyib:

“Biz bu gün Sənin qarşında prezidentimizin əllərini göyə qaldıraraq dayanmaqdan şərəf duyuruq. Sənin daimi xeyir-duanın onun üzərində olmasını diləyirik. Səma hikmətinin onun qəlbini və ağlını doldurması, bu çətin zamanlarda ona yol göstərməyin üçün dua edirik”.

Eyni zamanda, keşişlər ABŞ ordusu və silahlı qüvvələrdə xidmət edən bütün hərbçilər üçün də qoruma diləyiblər.

Pastorlar Trampın Amerika millətinə rəhbərlik etməsi üçün ehtiyacı olan gücü Tanrıdan xahiş ediblər.

Müşahidəçilər bu hadisəni Trampın siyasi strategiyasını mənəvi və metafizik müstəviyə keçirməsi kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
72
interpress.az

1Mənbələr