AZ

Xurmanı bir də belə yeyin Dəmir ehtiyacınızı tam qarşılayır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ramazan süfrələrinin əsas qidası sayılan xurma həm iftarda, həm də gündəlik qidalanmada əvəzsiz rol oynayır. Bu faydalı meyvəni daha təsirli etmək üçün xurmanın üzərinə bir neçə damcı təzə limon suyu sıxmaq tövsiyə edilir.Demokrat.az xəbər verir ki, xurma liflə zəngin olduğundan həzm sisteminə müsbət təsir göstərir. Limon suyu ilə birlikdə istehlak edildikdə isə bağırsaqların fəaliyyəti sürətlənir və qəbizlik kimi problemlərin qarşısı alınır. Eyni zamanda bədənin enerji ehtiyatını qısa müddətdə bərpa etməyə kömək edir.Xurmanın tərkibindəki kalium, kalsium və maqnezium sümük sağlamlığını qoruyur. Limonun tərkibindəki C vitamini isə xurmada olan dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənməsini təmin edir. Beləliklə, qandakı dəmir səviyyələrini artırmaq istəyənlər üçün bu üsul olduqca faydalıdır.B6 vitamini və antioksidantlarla zəngin olan xurma limonla birləşdikdə qocalma prosesini yavaşladır, qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır və uzun müddət toxluq hissi yaradır. Sağlamlığına diqqət edən hər kəs bu sadə metodu gündəlik rasionuna daxil edə bilər.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
2
demokrat.az

3Mənbələr