AZ

Braziliyada elmə məlum olmayan qədim heyvanın qalıqları tapıldı

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paleontoloqlar Braziliyada indiyə kimi elmə məlum olmayan qədim heyvanın daşlaşmış başını tapıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntı Amazon çayının qurumuş hissəsində gerçəkləşib.

Araşdırmalardan sonra kəllənin 275 milyon il əvvəl yaşamış ilk onurğalıların nümayəndəsinə məxsus olduğu dəqiqləşib. Heyvanın çənəsinin strukturu onun otyeyən olmasına işarə edir. Özü də ümumilikdə bu cür 9 kəllə aşkarlanıb. Alimlər bədənin qalan hissələrinin qalıqlarının olmamasına baxmayaraq, 15 sm-lik kəllə ilə onun bir çox xarakterlərini müəyyən edə biliblər.

Yeni heyvana "Tanyka amnicola" adı verilib. Yerli quarani dilində "tanyka" "kəllə", "amnicola" isə "çay kənarında yaşayan" mənasını verir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
525.az

1Mənbələr