AZ

NATO ballistik raketdən müdafiə hazırlığının yüksək səviyyədə qalacağını bəyan etdi

NATO ballistik raketdən müdafiə hazırlığının yüksək səviyyədə qalacağını bəyan etdi

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahı (SHAPE) İrandan gələn təhdidlər səngiyənə qədər alyansın ballistik raketdən müdafiə hazırlığının yüksək səviyyədə qalacağını açıqlayıb.

AFN.az xəbər verir ki, SHAPE sözçüsü Martin L. O'Donnell tərəfindən edilən yazılı müraciətdə İranın Türkiyəni hədəf alan və ilk olaraq rəsmi Tehranın duyurduğu raket hücumunun NATO tərəfindən uğurla dəf edildiyi, həmçinin alyans miqyasında müdafiə tədbirlərinin gücləndirildiyi təsdiqlənib.

Sözçü qeyd edib ki, bu təcili addım NATO Hava Komandanlığının rəhbərliyi tərəfindən atılıb və bölgədəki qeyri-müəyyən hücum təhlükəsi aradan qalxana qədər qüvvədə qalacaq. Əməliyyat təhlükəsizliyi səbəbindən detallar açıqlanmasa da, bu tənzimləmənin Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanına (SACEUR) mövcud təhdidlər fonunda alyansı qorumaq üçün lazım olan bütün imkanları yaratdığı vurğulanıb.

Seçilən
15
afn.az

1Mənbələr