AZ

Britni Spirs Kaliforniyada saxlanıldı

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

ABŞ-ın məşhur pop müğənnisi Britni Spirs Kaliforniyada saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, müğənninin saxlanılması ABŞ məhkəmə sənədlərində qeyd olunub. Bildirilir ki,  Spirs çərşənbə günü yerli vaxtla saat 21:30 radələrində Kaliforniya Yol Patrulu tərəfindən saxlanılıb.

Məhkəmə sənədlərində saxlanılmanın səbəbi barədə dəqiq məlumat verilməyib. Qeyd olunur ki, hadisə ilə bağlı xəbərlər yayıldıqdan sonra Britni Spirsın “Instagram” hesabı silinib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
lent.az

1Mənbələr