AZ

Şiddətli diş ağrısı xərçəngin əlaməti imiş

42 yaşlı Britaniya sakini Edd Vieyranın şiddətli diş ağrısı xərçəng növünün simptomu olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb.

Əvvəlcə kişinin sol azı dişi ağrımağa başlayıb, sonra bütün ön dişləri ağrımağa və sallanmağa başlayıb. Britaniyalı kişi diş kökünün qırıldığını düşünərək həkimə müraciət edib.

Klinikada çəkilmiş rentgen müayinəsi xəstənin çənə sümüyünün yoxa çıxdığını göstərib. Edd kompüter tomoqrafiyasına yönəldilir və müayinə zamanı onun sinusunun sol tərəfində böyüyən şiş aşkarlanır. Artıq şiş üzünün sağ tərəfinə yayılırmış. Bundan əlavə, yuxarı çənənin sol tərəfində sümüyün olmadığı məlum olur.

Biopsiyadan sonra britaniyalı kişiyə Hodqkin olmayan limfomanın bir növü olan II mərhələ diffuz böyük hüceyrəli limfoma diaqnozu qoyulub. O, həmçinin burun dəliyinin yaxınlığında sərt bir şiş aşkar edir.

Vieyra insanları diş ağrısını görməzdən gəlməməyə çağırıb. 

"Diş ağrısını görməzdən gəlsəydim, vəziyyət daha da pisləşərdi. Xərçəng artıq boynuma yayılıb, nə qədər pisləşə biləcəyini təsəvvür etməkdən belə qorxuram", - hazırda kimyaterapiya alan britaniyalı bildirib.

Elvin

Ölkə.az

Seçilən
39
3
olke.az

4Mənbələr