AZ

Tramp İsrail Prezidentini Netanyahunu əfv etməyə çağırıb

Vaşinqton, 5 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqu Baş nazir Benyamin Netanyahunu əfv etməyə çağırıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Axios”a müsahibə verən ABŞ Prezidenti son bir ildə bu məsələnin həllini tapmamasını rüsvayçılıq adlandırıb.

“Hər gün Netanyahu ilə müharibə haqqında danışıram. İstəyirəm ki, o, məhkəmə işinə deyil, müharibəyə diqqət yetirsin. Ona yeganə təzyiqin İrana qarşı mübarizə olmasını istəyirəm”, - deyə Tramp telefon müsahibəsində bildirib.

Tramp iddia edir ki, Hersoq son bir il ərzində ona beş dəfə Netanyahunu əfv edəcəyini söz verib, lakin yerinə yetirməyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
59
6
azertag.az

9Mənbələr