Martın 3-də DÇ-nin seçmə oyununda Şimali Makedoniyanı məğlub edən qadınlardan ibarət futbol yığmamız dünən Macarıstana yollandı.
Siyasət Əsgərovun komandası martın 7-də Felksut şəhərində bu ölkənin yığması ilə qarşılaşacaq. Maraqlıdı ki, Macarıstan seçmə turnirin ilk oyununda səfərdə Andorranı məğlub edə bilməyib – 0:0.
Odu ki, martın 7-də keçiriləcək oyunun əhəmiyyəti bir qədər də artıb. Bu oyunda mümkün heç-heçə də millimizə sərf edər. Amma qələbə olsa, lap gözəl!
Bəs sonrakı oyunların təqvimi necədi? Yığma bundan sonra ardıcıl iki oyunu Andorraya qarşı keçirəcək - aprelin 14-də səfərdə, 18-i Bakıda. İyunun 5-i Bakıda Macarıstanla qarşılaşacaq, 9-da Şimali Makedoniyanın qonağı olacağıq.
Xatırladaq ki, yığma buna qədər Macarıstanla iki dəfə qarşılaşıb, səfərdə heç-heçə edib, evdə uduzub.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta