Müsahibimiz - Olimp Hospitalın ümumi qastroenteroloji və onkoloji cərrahı Samir Hacıbabayevdir.
Hacıbabayev Samir Səfər oğlu 1993-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1999-cu ildə Universiteti əla qiymətlərlə bitirmişdir. 1998-1999-cü illərdə I cərrahi xəstəliklər kafedrasında “Cərrahlıq” sikli üzrə subordinatura, 1999-2000-ci illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir. 2000-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Endoskopiya” kursunu bitirmişdir. 2001-ci Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “Hərbi -səhra cərrahiyyəsi” ixtisası üzrə təhsil almışdır. N saylı hərbi hissədə cərrah vəzifəsində xidmət etmişdir. 2003-cü ildən 2004-cı ilədək Milli Onkologiya Mərkəzininin “Endoskopiya” və “Abdominal onkologiya” şöbələrində çalışmışdır. 2004-2005-ci illərdə İstanbul Memorial xəstəxanasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və orqan nəqli” mərkəzində praktik fəaliyyətini davam etmişdir. 2006-2009-cu illərdə N.İ. Piroqov adına Rusiya Milli Cərrahlıq Mərkəzində (Moskva ş.) “Cərrahlıq” ixtisası üzrə aspiranturada təhsil almışdır. 2010-cu ildə ABŞ-ın Klivlend klinikasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və qaraciyər nəqli” şöbəsində ixtisasartırma kursu keçmişdir. 2010- cu ildə Türkiyə Respublikasında YÖK tərəfindən Həkimlik Diplomunun Dənkliyi tanınmışdır. 2011-ci ildə TUS imtahanı ilə İstanbul Okmeydanı Eğitim və Araştırma xəstəxanasında ”Ümumi cərrahlıq” üzrə uzmanlıq təhsili proqramına qəbul olunmuşdur. 2011-2016- cı illərdə Azərbaycan Tibb Universitetində “Ümumi cərrahlıq” ixtisası üzrə rezidenturada təhsil almışdır. 2016- cı ildə İstanbul Universitetinin tibb fakültəsində “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və qaraciyər nəqli” mərkəzində rotasiya keçmişdir. 30-dan çox elmi məqalə və tezisin müəllifidir.
Qaraciyər, öd yolları, mədəaltı vəzi, qida borusu, mədə və bağırsaq üzərində laparoskopik və açıq mürəkkəb cərrahi əməliyyatları yerinə yetirir.
The Transplantation Society (TTS), İnternational Association of Surgeons, Gastroenterologists and Oncologists (IASGO) və Türk Hepatopankreatobiliar Cərrahiyyə Dərnəyinin (THPBCD) üzvüdür. Bir çox yerli, beynəlxalq konqreslər, konfranslar və seminarlarda iştirak (çıxış) etmişdir.
Samir Hacıbabayevin 40 yaxın tibbi məqalələrin müəllifidir, eyni zamanda, 1000- ə yaxın laparoskopik və 5 000- dən çox açıq əməliyyat icra edib.
Fəxrlə qeyd edmək lazımdır ki, Samir Hacıbabayev Azərbaycan təbabətində ilk olaraq bir çox mürəkkəb xüsusi əməliyyatlar aparıb və Azərbaycan tibb tarixində ilk dəfə olaraq, tam total laparoskopik qastrektomiya (Mədənin qapalı üsulla tam əvəz olunması) əməliyyatını həyata keçirib.
Eyni zamanda, Doktor Samir Hacıbabayev Azərbaycanda ilk dəfə tam laparoskopik total kollektomiya (həddindən çox uzanmış yoğun bağırsağa görə) əməliyyatını, soltərəfli adrenalektomiya (böyrəküstü vəzin şişinin çıxarılması),
Borderline tipli(magistral venalarla təmas edən) mədəaltı vəzidə Whipple əməliyyatları, mədəaltı vəzidə Whipple əməliyyatından sonrakı çoxsaylı mürəkkəb bağırsaq fistulalarının ləğv olunması , qida borusunun nazik bağırsaqla və yoğun bağırsaqla tam əvəzolunması, mədəkiçiltmə əməliyyatlnda sonra nekrozlaşmış mədənin nazik bağırsaq rezervuarı ilə rekonstruksuyası-təbii yolla qida passajının tam bərpası,qaraciyəriçi öd axarlarında yerləşmiş 3 və 4 sm hissələrdən ibarət nəhəng daşların çıxarılması,öd kisəsinin mənfəzini tam tutan 12 sm ölçülü daşın laparoskopik üsulla çıxarılması, oma sümüyündən inkişaf ediən bütün çanağı tutan nəhəng sarkomanın çıxarılması, nəhəng paraaortal qanqlionevromanın uğurla çıxarılması əməliyyatlarını və s. həyata keçirib.
-Samir həkim, bu günlərdə öd daşı xəstəliyi həddindən artıq çoxalıb. İstərdim bu barədə bizi məlumatlandırasınız.
-Öd daşlarının yerləşməsinə görə öd yolları patologiyaları xəstəliklərin beynəlxalq 10- cu təsnifatına uyğun olaraq təsnif olunurlar.
Öd daşları ən çox öd kisəsində rast gəlinir, tez-tez öd kisəsində iltihab yaranır və bu hal tibbdə “xolesistit” adlandırılır.Bu latınca “öd kisəsinin iltihabı” deməkdir.
Əgər öd daşları insan orqanizmində öd kisəsi axarından ana öd yoluna keçsələr bu daha ciddi problemlərə yol aça bilir. Ümumi öd axarı insanda qaraciyərdən gələn ödü bağırsağa keçirir; burada öd kisəsi insan orqanizmində bir rezervuar, depo rolunu oynayır.
Qaraciyərdən axan öd öd kisəsində toplanır, qatılaşır.
İnsan daha ağır(kalorili) qidalar qəbul etdikdə öd kisəsindən müəyyən porsiyada qatılaşmış öd ifraz edilir ki, yeyilən qidanın daha rahat həzminə kömək edir.
Qatı öddə isə çöküntü yaranmağa meyllik yüksəkdir və insan orqanizmində maddələr mübadiləsi pozulanda, öd kisəsi divarlarına xolesterin hopması baş verir. Xolesterin mənşəli poliplər yaranır.Buna xolesteroz deyilir. Bunlara cərrahi müdaxilə nadir tələb olunur və əgər poliplərin sayı 3 dən çoxdursa və ölşüləri 1 sm dən böyükdürsə, bu zaman cərrahi müdaxiləyə ehtiyac ola bilər.
İnsan orqanizmində öd yolları, mədəaltı vəzi xərçəngi -melanoma, qida borusu xərşəngindən sonra ən aqressiv xərçəng növlərindən biri hesab edilirlər. Ona görə bu növ xərçənglərin erkən diaqnostikası xüsusi əhəmiyət daşıyır, ona görə də öd kissəsində hər hansı bir polipin bədxassəli şişə çevrilməsinin aşkar edilməsi üçün erkən diaqnostika çox vacibdir.Tibb sahəsi yüksək inkişaf etmiş bəzi ölkələrdə öd kisəsi və öd yolları xərçənginin erkən diaqnostikası(skrininqi) üzrə xüsusi proqramlar mövcuddur.
-Bildiyimiz yerə qədər, öd daşlarının növləri vardır.
Bəli. Xolesterin (halların 90%-dən çoxu, sarı-yaşıl), piqment (qara və ya qəhvəyi, bilirubin mənşəli) və qarışıq tipli daşlara rast gəlinir.
-Fitoterapiyaya tabe olan öd daşları varmı?
-Fitoterapiyaya tabe olan öd daşları daha çox xolesterin mənşəlli daşlardılar ki, məsələn uzun müddət səy göstərərək, sözügedən daşların ölcülərini kiçiltmək mümkündür, lakin, qısa zaman ərzində daş yenidən öz əvvəlki ölçülərinə qayıdır. Lakin bu daşların öd kisəsindən ümumi öd axarına yerdəyişməsi olduqca təhlükəli fəsadlara səbəb ola bilər.
-Ümumiyyətlə, öd kisəsi orqanı olmadan yaşayan insanlar çoxdur. Öd kisəsi orqanının insan həyatı üçün nə dərəcədə böyük əhəmiyyəti və zərurəti var?
-Öd insanın yediyi bütün qidaların həzmi üçün nəzərdə tutulan bir katalizator rolunu oynayır, xüsusi ilə də mədəaltı vəzin şirəsi ilə qarışdıqda, onikibarmaq bağırsağa açılır və burada qidanın həzmini rahatlaşdarır.Öd kisəsi əməliyyatı zamanı öd kisəsi götürüldükdən sonra, ana öd kanalı yerində qalır və birbaşa qaraciyərdən öd bağırsağa axmağa başlayır.
-Xəstələrinizə əməliyyat sonrası hansı pəhrizlərə riayət etməyi tövsiyyə edirsiniz?
-Öd kisəsi və öd yolaında əməliyyat keçirən pasiyentlər üçün təbabətdə xüsusi pəhrizlər tətbiq edilir.Lakin bəzən öd durğunluğu olan pasiyentlərə ayda bir dəfə pəhrizlərini pozmağı tövsiyyə edirəm.Çünki zamanında onların orqanizmlərində öd kisəsi mövcud olub və qida qəbul edildkdən sonra qatı öd porsiyası bağırsağa daxil olur və eyni situasiyanın təkrar edə bilər.Ümumi öd kanalında daşların toplanmaması üçün, insana ayda bir dəfə pəhrizdən kənara çıxamağa icazə verirəm ki, öd ifrazı stimulyasiya olunsun.
Öd kisəsi çıxarılan xəstələrdə müəyyən illərdən sonra ümumi öd kanalında daşların yaranmasına rast gəlirik.Hesab olunur ki, bunlar vaxtı ilə öd kisəsindən ümumi kanala yerini dəyişmiş kiçicik daşlar olub,sonra böyüyüblər.Digər tərəfdən bunların öncədən öd kisəsindən buraya düşməsi hesab olunsa da, sonradan yaranması hallarınada rast gəlirik .
Harada öd yollarında durğuluq varsa, orada öd daşlarına rast gəlmək mümkündür. Məhz ona görə də, profilaktik həkim baxışları, mütəmadi yoxlanışlar, təkrarlanan kurslarla il boyu təyin olunan öd turşuları tərkibli dərmanların qəbulu qəbulu məqsədəuyğundur.Ursodezoksixol turşusu öd turşuların əvəz edən bir preparatdır; o, tərkibcə,ayı ödünü xatırladır və tarixdə ilk olaraq qonur ayının ödündən sintez olunub.Latıncadan da tərcüməsi məhz “ursus -ayı” anlamındadır. Bu dərmalar insanlarda öd durğunluğunun qarşsını alır.
-İnsan orqanizmində öd daşı xəstəliyininin olmaması mümkündürmü?
-Düşünürəm ki, bu məhz şansla bağlıdır; hətda bəzən pəhriz saxlayan insanlarda belə öd daşlarıına rast gəlmək mümkündür. Bu hallar da istisna deyildir və məhz bu cür xəstəliklərlə qarşılaşmamaq üçün, məhz səhər yeməyinin önəmli olmasına diqqət yetirmək lazımdır və axşam saat altıdan sonra, saat 1800- 2000v arası qida qəbulu normal hesab olunur. Düşünürəm ki, insanlar gün ərzində iki dəfə qida qəbulu ilə də kifayətlənə bilərlər.
-Qenetika öd xəstəliklərində rol oynayırmı?
-Bəli, qenetika xüsusi ilə qırx yaşdan sonra qadınlarda daha qabarıq özünü göstərir, belə ki, əgər öd daşı xəstəliyi ailədə varsa, o övladlarda ola bilir. Qadınlarda, xüsusi ilə övlad doğulduqdan sonra, köklüyə meyillilik nəticəsində, maddələr mübadiləsi pozulur və ödün çökmə prosesi nəticəsində; lesitin, xolesterin və öd turşularının öddə nisbəti pozulması nəticəsində öd daşlarının yaranma riski daha çox artır.
-Bir qədər karyeranızdan bəhs edək; dünyanı gəzmiş, bir çox öndə gedən dünya klinikalarında geniş təcrübələr keçmiş mütəxəssis kimi, hansı ölkə sizin daha çox marağınıza səbəb oldu?
-Əlbəttə ki, tibbi texnologiya daha çox inkişaf etmiş ölkə məhz ABŞ olduğu üçün, mən bu ölkədəki tibbin inkişafını daha çox bəyəndim. Orada mədəaltı vəzin əməliyyatları Da Vinçi robotunun vasitəsi ilə ox sayda aparılır.
-Ən yadda qalan və uğurlu əməliyyatlarınız hansılardır?
Mənim uğurlu əməliyyatlarımdan biri Mərkəzi Hərbi Hospitalda 40 gün komada yatan hərbiçimizin öd yolunda müdaxiləmizdən sonra sağalamasını bir möcüzə saymaq olar.
Daha bir mürəkkəb əməliyyatım sol böyrəyin xərçəngi olan yaşlı bir adam idi; sağ böyrək də veansında olan tromboza görə tam fəaliyyətini itirmişdi və xəstə dializ müalicəsi alırdı. Xəstədəki böyrəkdəki şişi götürdükdən sonra, aşağı sağ damarda ürəyin sağ qulağcığına çatan trombunun xaric etdik və bütün bunları xəstəni, suni qan dövranı cihazına qoşulmadan etdik. Sonradan xəstənin sağ böyrəyi bərpa olunana qədər bir müddət də dializ almalı oldu, qalan böyrəyin fəaliyyəti tam bərpa oldu.
Daha bir uğurlu əməliyyatım isə total pankreonekroz(mədəaltı vəzin ağır iltihabı və parçalanması) səbəbindən komaya düşmüş yüksək ixtisalı bir mühəndisin laparoskopik əməliyyatla həyəta qayıtmasına imkan verdi.
Xarici ölkə vətəndaşında partlamış appendisit, ağır peritonit zamanı laparoskopik əməliyyat keçirərək həyata qayıtmasına nail olduq.
-Bəzən həkimlərdən gileylənlənmələr olur.Həkimlərdən şikayət edənlərdə olur. Bununla bağlı fikirləriniz önəmli olardı.
-Əgər sizin hər hansı bir ağır xəstəliyiniz əməliyyatla həkimlərimiz tərəfindən sağalırsa, bilinməlidir ki, bu uğurun qarşısında tibbin yüzillərin təcrübəsi və əvvəlki bir çox uğursuzluqları dayana bilər. Mən bu əməliyyatları təyyarəçiliyin inkişafı ilə müqayisə edirəm. Gördüyümüz kimi, hazırda bir çox uçuşlar sərbəst,qəzasız icra edilir, artıq səmalarda qəzalar minimuma endirilib. Hal-hazırda minlərlə mürəkkəb əməliyyat uğurla həyata keçirilir.
İnsanlarda əsas amal tibbin sirrlərinin gələcək nəsillərə ötürmələrinə yardımçı olmalarıdır. Ümumiyyətlə, xalq ölkə tibbini öz doğma hissəsi kimi hiss etməlidir. Həyati göstərişlərlə əməliyyat olunan xəstələrdə fəsad və ölüm halları dah çox olur.
Uğursuzluq cərrah tərəfindən heç bir zaman qəsdən törədilmir. Lakin, bir uğur- əvvəlki stresi və bir neçə uğursuzluğu unutdurur.
Hüquqi və elmi cəhətdən ölkəmizdə beyin ölümü anlayışı təsdiq edidikdən sonra, orqanların transplantasiyası daha da inkişaf etmişdir. Orqan transplantasiyası bir çox tibb sahələrininin əsas lokomotividir. Bu gün respublikamızın böyük şəhərlərində,regionlarda açıq ürək əməliyyatları uğurla keçirilir. Bu olduqca sevindirici haldır; çünki, 15- 20 il üçün bu böyük inkişafdır.
Həkimlər var ki, daha çox təşkilati işlərlə məşğul olmağı sevir. Mən kliniki və elmi fəaliyyəti üstün tutaraq, öz işimə olan sevgimi xəstələrimi şəfalandırmaqla dahada artırırıram . Cəmiyyət bizə xoş niyyətimizdə dəstək olmalıdır.
Bir yazıda vardı ki, əvvəllər güya ki, Babilistan qanunlarına uyğun olaraq, əgər göz həkimlər gözü sağalda bilmirdilərsə, cəzaa kimi onun öz gözünü çıxarırlarmış. Məntiqlə bu doğru deyil. Çünki, sağlamlığın keşiyində dayanan insanlardan hansı bu cur halı gördükdə həkim olmağı seçərdi? Qədimdə rus həkimləri dua edirlərmiş ki, “İlahi sən özün bizim nəfsimizə hakim ol və imkan vermə ki, biz haqsızlığa yol verək,tamaha girək!”
Pandemiya dövründə təmənnasız olaraq həyatını riskə atan, hətta dünyasını dəyişən neçə həkim və tibb bacılarımız oldu! Mən özüm həmin dönəmdə koronaya yoluxmuş xəstəyə süni nəfəs verdiyim üçün, ağır formalı koronavirus xəstəliyinə yoluxdum.
Xatırlayın, Vətən müharibəsində ordumuzun yaralı əsgərlərinə sevgi və şəfqətlə xidmət göstərən həkimlərin zəhmətini əsla unutmaq olmaz!
Aynur Nurlu