AZ

TƏCİLİ! Ərdoğan İranla bağlı DANIŞDI: “Türkiyə təhlükəsizlik risklərinə qarşı…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda artan gərginlik fonunda ölkəsinin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə lideri müttəfiq ölkələrlə koordinasiya şəraitində hərəkət etdiklərini və mümkün risklərin qarşısını almaq üçün bütün addımların atıldığını bildirib.

Ərdoğanın sözlərinə görə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr, eləcə də Tehranın cavab hücumları regionda gərginliyi təhlükəli həddə çatdırıb. O qeyd edib ki, bu qarşıdurma Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirir və genişmiqyaslı eskalasiya riskini artırır.

Türkiyə Prezidenti xüsusilə İran tərəfindən region ölkələrinə doğru buraxılan raket və pilotsuz uçuş aparatlarının vəziyyəti daha da riskli etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu cür hücumlar münaqişənin daha geniş əraziyə yayılması ehtimalını artırır.

Ərdoğan bildirib ki, Ankara bu proseslər fonunda təhlükəsizlik məsələlərində ən kiçik səhlənkarlığa belə yol vermir və ölkənin sərhədlərinin, eləcə də hava məkanının qorunması üçün bütün imkanlardan istifadə olunur.

“Biz öz ölkəmizi və xalqımızı istənilən təhlükədən qorumaq üçün lazım olan hər şeyi edirik”, – deyə Türkiyə Prezidenti əlavə edib.

Sara

Seçilən
75
nocomment.az

1Mənbələr