AZ

Suriya və Türkiyə kəşfiyyatından birgə ƏMƏLİYYAT: Dəməşqdə terrorun QARŞISI ALINDI

Suriya və Türkiyə kəşfiyyatı Dəməşqdə terrorun qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi və Türkiyənin “TRT Haber” telekanalı məlumat yayıb.

Suriya təhlükəsizlik xidmətləri Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə koordinasiyalı şəkildə İŞİD-lə əlaqəli terror hücrəsinin Dəməşqdə planlaşdırdığı böyük təxribatın qarşısını alıb.

Keçirilən xüsusi əməliyyat nəticəsində terror hücrəsinin hər üç üzvü yaxalanaraq saxlanılıb.

Əməliyyat zamanı avtomobilə yerləşdirilmiş bomba zərərsizləşdirilib. Həmçinin gizli sığınacaqlardan külli miqdarda “trotil” və “C4” tipli güclü partlayıcı maddələr aşkar edilərək götürülüb.

Saxlanılan terrorçular istintaqın tamamlanması və cinayətlə əlaqəsi olan digər şəxslərin müəyyən edilməsi üçün Antiterror Departamentinə təhvil veriliblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr