525.az saytından alınan məlumata görə, ain.az bildirir.
“525-ci qəzet”in 6 mart tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-ZADƏ-nin modelyer-dizayner, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova ilə apardığı maraqlı müsahibədir.
Müsahibədə modelyer geyimin insan haqqında təsəvvür yaradan bir kommunikasiya vasitəsi olduğunu vurğulayaraq “Gözəllik ondur, doqquzu dondur” deyiminin bu gün də aktuallığını qoruduğunu bildirir. Onun sözlərinə görə, geyim insanın zövqünü və dünyagörüşünü əks etdirir.
Modelyer qeyd edir ki, yaradıcılığında milli üslub xüsusi yer tutur və kolleksiyalarında Azərbaycan mədəniyyətinə məxsus rəng və elementlər tez-tez özünü göstərir. Bu marağın formalaşmasında ailə mühiti, uşaqlıq xatirələri və milli mədəniyyətlə bağlı təsirlər mühüm rol oynayıb.
Fəxriyyə Xələfova həmçinin dünya moda sənətinin tanınmış nümayəndələri ilə görüşlərinin onun yaradıcılığına böyük təsir göstərdiyini xatırladır.
Modelyer bildirir ki, kolleksiyasına məxsus üç libas hazırda Ermitaj muzeyinin “Kostyum qalereyası”nda saxlanılır və bu fakt onun yaradıcılığında xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir.
O, həmçinin 2007-ci ildə Parisdə keçirilən Ethical Fashion Show moda tədbirində Azərbaycanı ilk dəfə təmsil etdiyini qeyd edir.
Söhbətin sonunda Fəxriyyə Xələfova gözəlliyin insan həyatında mühüm rol oynadığını vurğulayaraq əlavə edir ki, gözəl nə varsa onu qorumaq və gələcək nəslə çatdırmaq lazımdır.
Nigar Abbasova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.