Tbilisi, 5 mart, AZƏRTAC
Gürcüstan Parlamentinin Etimad Qrupunun iclasında Dövlət Təhlükəsizlik Xidməti rəhbərlərinin hesabatı dinlənilib.
AZƏRTAC xəbər verir ki, sessiyada Etimad Qrupu Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Aleksandre Maisuradze və Xidmətin alt qurumu olan Kəşfiyyat Agentliyinin rəisi Mixeil Dzaqnidzenin məlumatları dinlənilib.
Görüşdə Yaxın Şərqdəki mövcud hadisələr və Cənubi Qafqaz regionunun üzləşə biləcəyi mümkün risklər və çətinliklər müzakirə olunub.
Etimad Qrupunun sədri Aleksandre Tabatadzenin bildirdiyinə görə, Gürcüstan Xüsusi Xidmət Orqanları Cənubi Qafqaz ölkələrinin - Azərbaycan və Ermənistanın, eləcə də regiondakı digər dövlətlərin müvafiq qurumları ilə fəal və əlaqələndirilmiş şəkildə əməkdaşlıq edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi