AZ

Anabolik steroidlər ölümə aparır — Adil Qeybulla

İdman zallarında baş verən ani ölüm halları cəmiyyətdə narahatlıq yaradır. Xüsusilə bir neçə gün öncə Masallı rayonunda yerləşən idman kompleksində Səbuhi Abbasovun halı pisləşərək vəfat etməsi bu mövzunu yenidən gündəmə gətirib. İdman zamanı sağlamlıq risklərinin vaxtında qiymətləndirilməsi və tibbi nəzarət tədbirləri həyati əhəmiyyət daşıyır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, ani ölümlərin səbəbləri müxtəlifdir və əsasən ürək-damar sisteminə bağlı hallarla əlaqəlidir.

“Bunlara ürək trombları, ürək aritmiyaları, xüsusən də fibrillyasiyalar, həmçinin ürəyin qeyri-adi elektrik impulsları səbəbindən yaranan ürək dayanması daxildir. Bundan əlavə, koronar arteriya spazmları, anevrizmalar və beyin anevrizmaları da ani ölümlərə səbəb ola bilər. Qeyri-adi hallarda isə idman zallarında istifadə olunan anabolik steroidlər kimi maddələr orqanizmdə ciddi dəyişikliklər yaradaraq bu cür ölümlərə gətirib çıxara bilər. Hər bir ani ölüm hadisəsi ayrıca araşdırılmalıdır”.

Ekspert bildirib ki, autopsiya zamanı ölüm səbəbləri müəyyən edilə və ümumiləşdirilə bilər, həmçinin qarşısının alınması yolları təklif oluna bilər:

“Təəssüf ki, autopsiya aparılmadıqda, bu ölümlərin səbəbləri çox vaxt aydınlaşdırıla bilmir”.

Seçilən
100
3
konkret.az

4Mənbələr