AZ

Azərbaycanın biznes mühiti təkmilləşdiriləcəkVİDEO

Biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar üçün təkliflər hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Samir Şərifov "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" forumunda çıxışı zamanı deyib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə mövcud makroiqtisadi sabitlik və əlverişli biznes mühiti barədə məlumat verib. Nazir növbəti illərdəki hədəflərə də diqqət çəkib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də deyib ki, gələcəyin vergi sistemi real vaxtlı data və süni intellektə əsaslanacaq.

Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyicilərinə təltiflər təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
142
xezerxeber.az

1Mənbələr