AZ

Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev Ceyhun Bayramova zəng edib

Bakı. Trend:

5 mart 2026-cı il tarixində Qırğız Respublikasının xarici işlərnaziri Ceenbek Kulubayev Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramova telefonla zəng edib.

Trend xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumatyayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İrantərəfindən həyata keçirilmiş dron hücumları barədə ətraflı məlumatverib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşıhəyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma vəprinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasınaxidmət edir.

Nazir İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahatverilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçüntədbirlərin görülməsinin tələb olunduğunu diqqətə çatdırıb.

Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev isəAzərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarınınnarahatlıq doğurduğunu bildirərək, ölkəsinin Azərbaycanla həmrəyolduğunu qeyd edib. O, bu kimi hücumların regionda gərginliyin dahada artmasına xidmət etdiyini vurğulayıb.

Söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyətin daha dagərginləşməsinin qarşısının alınması, diplomatik səylərinartırılması və bu çərçivədə beynəlxalq hüququn norma vəprinsiplərinə hörmətin vacibliyi qeyd olunub.

Nazir Ceenbek Kulubayev İranda olan Qırğız vətəndaşlarınınAzərbaycan Respublikasının ərazisindən tranzit keçidi üçünyaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib və göstərilənoperativ dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
29
7
az.trend.az

6Mənbələr