AZ

Azərbaycan Kubokunda sonuncu yarımfinalçı “Sabah” olub

Bakı, 5 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Qəbələ"yə qalib gələn "Sabah" növbəti raunda vəsiqə qazanıb.

Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. İlk matçda qolsuz bərabərlik qeydə alındığından və ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə tərəflər hərəyə daha bir dəfə fərqləndiyindən tarazlıq pozulmayıb və qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq (4:2) oynayan "Sabah" yarımfinala yüksələn sonuncu komanda olub. Bakı klubu finala gedən yolda "Qarabağ"la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçında "Zirə" və "Turan Tovuz" üz-üzə gələcək.

Seçilən
63
azertag.az

1Mənbələr