AZ

CENTCOM AÇIQLADI: ““Epik qəzəb” əməliyyatının ilk 100 saatında…” – VİDEO

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “Epik qəzəb” adlandırılan hərbi əməliyyatla bağlı açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada əməliyyatın ilk 100 saatı ərzində ABŞ-ın B-52 strateji bombardmançı təyyarələrinin İranın ballistik raket infrastrukturlarına zərbələr endirdiyi bildirilib.

Məlumata görə, hücumların əsas hədəfləri ballistik raket sistemləri, eləcə də komanda və idarəetmə məntəqələri olub. CENTCOM qeyd edib ki, zərbələr İranın raket imkanlarını zəiflətmək məqsədi daşıyıb.

ABŞ hərbi komandanlığı əməliyyatın gedişi ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağını bildirib.

Sara

Seçilən
35
nocomment.az

1Mənbələr