AZ

Rəsmi Parisdən Naxçıvanın İran dronları ilə vurulmasına REAKSİYA

"Fransa bu gün səhər Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanını vuran İranın dron hücumunu qətiyyətlə pisləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında qeyd edilib.
 

“Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır. Bu əsassız hücuma qarşı Azərbaycanla tam həmrəyliyimizi bildiririk. Bu hücum Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır", - bəyanatda bildirilib.


Qeyd edək ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib.

Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.

Bizim.Media

Seçilən
33
bizim.media

1Mənbələr