AZ

Azərbaycan klubundakı ŞOK hadisənin bütün gizlinləri bizdə!

Mövsümə uğurlu start verən "Sumqayıt" qış fasiləsindən sonra özünə bənzəmir.

Meydana çıxdığı 8 görüşdə cəmi bir qələbə qazanıb.

Onu da aşkar autsayder "Karvan-Yevlax" üzərində.

Nəticədə ölkə kubokunda mübarizəni dayandıran kollektiv çempionatda isə avrokuboklar zonasından sürətlə uzaqlaşmaqdadır.

Belədə klub daxilində suların bulanması gözlənilən idi.

Prezident Riad Rəfiyev "Zirə" ilə oyundan sonra sərt üzünü komandaya göstərib.

Rəhbər şəxsin Zirədəki matçdan sonra paltardəyişmə otağında ağır danışması bir günün işi deyil.

Günlərdi oyunçu və məşqçi heyətinin məsuliyyətsizliyindən, boş yanaşmasından yığılan barıtın partlamasıdır.

Proseslərin kulminasiya nöqtəsi Zirədə olub.

Amma oda çevrilən qığılcım Yevlaxdan başlayıb.

Premyer Liqanın 22-ci turunda "Kəpəz"ə böyükhesablı məğlubiyyətdən dərhal sonra baş məşqçi Saşa İliç daxili iclas keçirib.

Meydanda xarakter göstərmədiyi üçün oyunçuları danlayıb.

Serbiyalı mütəxəssis futbolçulara xatırladıb ki, öz adınızla bərabər mənim reputasiyamı da zədələyirsiniz.

Klubun prezidenti Riad Rəfiyev isə "Zirə" ilə son oyundan öncə iclas keçirib.

Məqsəd kollektivin motivasiyasını yüksəltmək olub.

Hətta yaxşı mükafat vəd verib.

Amma nə baş məşqçinin danlağı, nə də klub rəhbərinin jesti oyunçuları ayıltmayıb. Nəticədə matçdan sonra təhqir olunublar.

Maaş gecikməsini o dəqiqə mətbuata çıxaran, pul davası edən futbolçular üzlərinə edilən təhqiri elə sakitcə də udublar.

Bəli, futbolçuların maaşını tələb etməsi normaldır.

Həm də məsuliyyətli olmaq, xarakter göstərmək də borcudur.

İkisini bir arada tutmayanda olursan iradəsiz, aciz.

Nəticədə də rəhbər şəxs qarşına keçib, dişinin dibindən çıxanı ünvanına səsləndirir.

XANOĞLAN İMANOV

Seçilən
34
sportinfo.az

1Mənbələr