
“Kaliforniya Yol Patrul Xidmətinin əməkdaşları amerikalı müğənni Britni Spirsi sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs ediblər”.
Yeniavaz.com xəbər verir ki, TMZ bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə çərşənbə günü yerli vaxtla saat 21:30-da (Bakı vaxtı ilə 5 mart saat 09:30) baş verib. Müğənni təxminən saat 06:00-da (Bakı vaxtı ilə saat 18:00) sərbəst buraxılıb.