AZ

Göyçay sakini itkin düşdü - VİDEO

Göyçay sakini itkin düşüb. 

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayev Ramil Elşad oğlu 4 mart tarixində evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun naməlum istiqamətə getdiyini və ya itkin düşdüyünü bildirirlər. Eyni zamanda onlar Ramilin su kanalına düşərək batdığını da ehtimal edirlər. 

FHN-in dalğıc-axtarış qrupları kanalda batması ehtimal edilən şəxsin axtarışlarına cəlb edilib. 

Davud Tarverdiyev


Telegram kanalımız
Seçilən
124
2
yenisabah.az

3Mənbələr