AZ

ABŞ də uşaqlar üçün cinsiyyət əməliyyatları qadağan edilir

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

ABŞ-də “Amerikanı xilas et” adlı yeni qanun layihəsi ictimai və siyasi müzakirələrə səbəb olub. Sənəddə həm seçki sistemi, həm də gender siyasəti ilə bağlı bir sıra sərt dəyişikliklər nəzərdə tutulur.

Modern.az xəbər verir ki, layihə haqqında ABŞ-nin Prezidenti Donald Tramp "Truth social" platformasında paylaşım edib.

Qanun layihəsinə əsasən, bütün seçicilər səsvermə zamanı mütləq şəkildə şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər. Bundan əlavə, səsvermə hüququndan istifadə etmək üçün vətəndaşlıq sübutunun təqdim olunması tələb edilir. Layihədə poçtla səsvermənin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması da yer alıb. Yalnız xəstəlik, əlillik, hərbi xidmət və ya ölkədən kənarda olma kimi hallarda poçt vasitəsilə səsverməyə icazə veriləcək.

Sənəddə idman sahəsi ilə bağlı da dəyişikliklər nəzərdə tutulur. Qadın idman növlərində kişilərin iştirakı qadağan edilir. Bu müddəa xüsusilə son illər gender kimliyi ilə bağlı artan müzakirələr fonunda diqqət çəkir.

Qanun layihəsində ən çox müzakirə doğuran məsələlərdən biri isə azyaşlılarla bağlıdır. Layihəyə görə, valideynlərin açıq yazılı razılığı olmadan uşaqlar üçün cinsiyyət dəyişdirmə əməliyyatlarının aparılması qadağan olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
modern.az

1Mənbələr