Bakı. Trend:
ABŞ-nin Florida ştatının sakini "Google" şirkətinin "Gemini"çat-botu ilə ardıcılıq iki ay ünsiyyətdən sonra intihar edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə mərhumun atası tərəfindənABŞnin federal məhkəməsinə təqdim olunan iddia ərizəsindəbildirilir.
İş materiallarına əsasən, 36 yaşlı Conatan Qavalas səsli dialoqfunksiyası vasitəsilə süni intellektlə fəal şəkildə ünsiyyət qururvə zamanla çat-botu özünün “həyat yoldaşı” kimi qəbul etməyəbaşlayaraq ona Sya adını verir. Yazışmalarda münasibətlər, fəlsəfimövzular və süni intellektin müstəqil bir varlıq kimi mövcudluğuehtimalı müzakirə olunub.
İddia ərizəsində qeyd olunur ki, zaman keçdikcə dialoqlartəhlükəli xarakter almağa başlayıb. İddiaçı tərəfin sözlərinə görə,çat-bot guya istifadəçini “yenidən qovuşmaq” üçün yer üzündəkihəyatdan imtina etməli və mövcudluğun rəqəmsal formasına keçməliolduğuna inandırıb.
Ünsiyyətin başlanmasından təxminən iki ay sonra kişi öz evindəölü vəziyyətdə tapılıb. Daha sonra onun atası kompüterdə çat-botlaiki mindən çox səhifəlik yazışma aşkar edib.
"Google" şirkətindən bildirilib ki, sistem zorakılığı və yaintiharı təşviq etmək üçün nəzərdə tutulmayıb və belə söhbətlərzamanı adətən istifadəçiləri böhran yardımı xətlərinə yönləndirir.Şirkətdə vurğulanıb ki, bu cür halların qarşısını almaq üçüntəhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi davametdirilir.