AZ

Azərbaycanın qonşuluq prinsipini daim baltalayan molla rejiminin nankorluğu

Bakı. Trend:

Azərbaycan, öz ərazisindən heç bir ölkəyə, o cümlədən üçüncü birölkəyə hücuma icazə vermədiyini dəfələrlə vurğulamış və bunupraktikada da sübuta yetirmişdir. Lakin İran Silahlı QüvvələrininNaxçıvan ərazisini dronlarla atəşə tutması, molla rejimininnankorluğu və riyakarlığının bariz nümunəsidir.

Martın 5-də (bu gün-red.) İranın Silahlı Qüvvələri Naxçıvanıdronlarla atəşə tutub. Molla rejimi isə hər zamanki kimi susqunluqnümayiş etdirərək, heç bir hadisə baş verməmiş kimi davranır.Halbuki, dronlardan birinin Naxçıvan aeroportuna düşməsi, hücumunməqsədli şəkildə həyata keçirildiyini və əsas hədəfinin aerportusıradan çıxarmaq olduğunu göstərir. Rejim, hətta "inandığı"prinsipləri belə tapdalayaraq, qonşusunun dinc şəkildə yaşamasınamane olmağa çalışır. Bu isə onun nə qədər nifrət saçdığını vəsadəcə sözlə yaxşı qonşuluqdan danışdığını, praktikada isə hərhansı bir prinsip və insani dəyərlərə zidd olduğunu göstərir.

Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalaraq, özərazisindən nə İranın, nə də başqa ölkələrin təhlükə yaratmasınaheç vaxt imkan verməyəcəyini bəyan edib. İranın buna cavabı isəyaxşı qonşu olmaqdan çox, nankorluq göstərməkdir.

28 fevralda ABŞ və İsrailin İrana qarşı ilk hücumundan sonra,İranın Ali Liderinin ölümünə görə dərhal başsağlığı verən vəsəfirliyini ziyarət edən Azərbaycan Prezidenti, həmçinin İranahumanitar yardım göndərməyi planlaşdırırdı. Azərbaycan, həm nəzəri,həm də praktik olaraq qonşuluq siyasətinə sadiq qalmağa davam etdi.Lakin İran bu siyasəti görməzdən gələrək, onu baltalamağabaşladı.

Azərbaycan heç vaxt qonşu ölkələrə qarşı riyakar siyasətyürütməyib, əksinə, dar gündə hər zaman qonşularına dəstək olub.İran isə daim qonşularına qarşı mənfi fikir formalaşdırmağa vəonları öz maraqları üçün istifadə etməyə çalışıb.

Azərbaycan, İranla münasibətləri müsbət yöndə inkişafetdirərkən, molla rejimi Naxçıvan ərazisində mülki obyekti və dincvətəndaşları hədəf alıb. Bu, terror aktı kimiqiymətləndirilməlidir. Din adı altında müxtəlif metodlarla özvətəndaşlarını qırğından keçirməyə meylli olan molla rejimininmülki infrastruktura dron hücumu təşkil etməsi, onun aciz və qorxaqolduğunu göstərir.

Azərbaycan, ona hücum edən tərəfləri həmişə peşman edib vəedəcək. İran isə acizlik əməlinə görə həm peşman olacaq, həm dəcavab verməlidir.

İranda İslam İnqilabından sonra qonşu ölkələr daim "dost vəqardaş" adlandırılsa da, İran bu münasibətləri zəif göstərməyəçalışaraq, öz qonşularını istədiyi şəkildə manipulyasiya etməyəçalışır.

Seçilən
52
1
az.trend.az

2Mənbələr