AZ

Qalib Əbdüləliyev: Körpə quzuların əzələ toxuması tam formalaşmadığından ətin qida keyfiyyəti aşağı olur VİDEO

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 mart, AZƏRTAC

Son dövrlər həm iqlim dəyişiklikləri, həm də geosiyasi vəziyyətlə əlaqədar bütün ölkələrdə ərzaq təchizatı məsələsi aktual mövzuya çevrilib. Azərbaycanda heyvandarlığın ənənəvi sahələrindən biri qoyunçuluq, digəri isə maldarlıqdır və bu sahələr üzrə zəngin təcrübəmiz var. Lakin son zamanlar narahatlıq doğuran məsələlərdən biri körpə heyvanların kəsilməsidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun dediyinə görə, bu hal damazlıq heyvanların sayının azalmasına və nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Xüsusilə xırdabuynuzlu heyvanlarda maya dəyəri doğuşdan təxminən beş ay sonra formalaşır.

Şöbə müdiri bildirib ki, bu məsələ həm ərzaq təhlükəsizliyi, həm də qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir:”Qida təhlükəsizliyi baxımından baxsaq, kəsilən körpə quzuların əzələ toxuması hələ tam formalaşmır və bu da ətin qida keyfiyyətini aşağı salır. Dünya təcrübəsində isə qoyun ətinin daha keyfiyyətli hesab edilməsi üçün heyvanların ən azı səkkiz aylıq olduqdan sonra kəsilməsi tövsiyə edilir. Beynəlxalq təşkilatlar da altı ayı tamam olmamış xırdabuynuzlu heyvanların kəsilməsini məsləhət görmür. Buna görə də təsərrüfat fəaliyyəti ilə məşğul olanların bu məsələyə xüsusi həssaslıqla yanaşması vacibdir. Eyni zamanda, vətəndaşların altı aydan yuxarı olan quzuların ətinin istehlakına üstünlük verməsi tövsiyə olunur”.

Respublikanın baş dövlət baytarlıq müfəttişi dişi quzuların erkən kəsilməsinin damazlıq heyvanların sayının və nəticədə qoyun əti istehsalının azalmasına səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, ölkəmizin təbii-coğrafi şəraiti imkan verir ki, məsələn, yanvar, fevral və mart aylarında doğulan quzular payız aylarınadək - oktyabr və noyabra qədər saxlanılsın. Həmin halda heyvanların həm diri çəkisi artır, həm də ət çıxarı və qidalılıq dəyəri daha yüksək olur. Beləliklə, daha keyfiyyətli və məhsuldar nəticə əldə edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
2
azertag.az

3Mənbələr