AZ

Körfəz müharibəsi alternativ enerji istehsalına daha böyük həcmdə sərmayə yatırmanın zəruri olduğunu göstərir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Dünyada baş verən gərgin geosiyasi proseslər, silahlı münaqişə və müharibələr dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması məsələsi daha da aktual xarakter kəsb etməyə başlayıb. Bir sıra ölkələrin coğrafi şəraiti onlara ənənəvi enerji mənbələri ilə yanaşı alternativ mənbələrdən də enerji istehsal etmək imkanı verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Energetika Nazirliyinin Ekoloji diplomatiya və yaşıl iqtisadiyyat layihələri üzrə şöbəsinin mütəxəssisi Furkat Kurbonov deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiyanın zəngin alternativ enerji mənbələrinə malik olan Özbəkistanın Qazaxıstan və Azərbaycan ilə birlikdə Yaşıl Enerji Dəhlizi formalaşdıraraq Avropaya elektrik enerjisi ixrac etmək niyyəti tam realdır.

“Bakı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında bu məsələyə ətraflı toxunuldu və işçi qrupunun görüşü də keçirildi və 2032-ci ilə kimi dənizin dibi ilə Azərbaycandan tranzit keçməklə Mərkəzi Asiyadan Avropaya elektrik kabelinin çəkilməsi üçün tədbirlər planı nəzərdən keçirildi. Bu gün Körfəzdə davam edən hərbi əməliyyatlar dünya bazarında neft və qazın istehsalında, hasilatında və nəqlində böyük problemlər yaradıb ki, bu da onların həddən artıq bahalaşmasına gətirib çıxarıb. Milli dövlətlər büdcə vəsaitini çox hissəsini neft və qaz almağa xərcləyərək sərmayə yatırımına və iqtisadiyyatın digər sahələrinin inkişafına maliyyə ayırmaqda çətinlik çəkirlər. Körfəz müharibəsi bir daha sübuta yetirdi ki, alternativ enerji mənbələrindən elektrik enerjisi almaq üçün daha böyük həcmdə sərmayə yatırmaq bu sahəni inkişaf etdirmək lazımdır. Özbəkistan, Qazaxıstan və Azərbaycan müasir trendi izləyərək, bu istiqamətdə praqmatik addımlar ataraq Yaşıl Enerji Dəhlizini formalaşdırmağa başlayıblar”, - deyən mütəxəssis nəzərə çatdırıb.

Mütəxəssis vurğuladı ki, son 5 il ərzində Özbəkistanda alternativ enerji sahəsinə 25 milyard dollar həcmində investisiya yatırılıb və ümumi istehsalda alternativ enerjinin payı 50 faizdir: “Özbəkistanda ildə 25 giqavat təmiz enerji istehsal olunur. 2025-ci ildə 3,5 GVt gücündə alternativ enerji infrastrukturu istismara verilib. Hökumət qarşısına 2030-cu ilə kimi ümumi enerji istehsalında alternativ enerji istehsalının payını 54 faizə çatdırmağı hədəf qoyub. Görülən işlər bu hədəfə çatılacağını deməyə əsas verir. Özbəkistan, Qazaxıstan və Azərbaycanın enerji dəhlizi yaratmaq haqqında razılaşmaları və istehsal olunan əlavə enerjini Avropaya ixrac etmək planı mühüm əhəmiyyətə malikdir. Bu layihə iştirakçı dövlətlərin ixrac potensialı ilə yanaşı ümumi iqtisadi inkişafına böyük təkan verəcək, regiona irihəcmli investisiyaların cəlb olunmasına imkan yaradacaq”.

Mütəxəssis qeyd edib ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi Özbəkistan üçün iqtisadi, enerji və geosiyasi aspektlərdən geniş və səmərəli imkanlar açacaq, onun beynəlxalq mövqelərini möhkəmləndirəcək və beynəlxalq ticarətdəki rolunu artıracaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
azertag.az

2Mənbələr