Bakı. Trend:
2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin50,2 faizini qadınlar təşkil edir. 2025-ci ildə doğulmuş 95,9 minkörpənin 46,9 faizi qız uşaqları olub.
Trend xəbərverir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 8 Martmünasibətilə açıqladığı statistik göstəricilərdə əks olunub.
Statistikaya görə, təhsil sahəsində qadınların xüsusi çəkisiyüksək olaraq qalır. Ümumi təhsil müəssisələrində müəllimlərin 80faizdən çoxunu, ali təhsil müəssisələrində 60 faizdən çoxunu, ortaixtisas təhsil müəssisələrində isə 80 faizə qədərini qadınlartəşkil edir. Həkimlərin isə üçdə iki hissəsi qadınlardır.
Təhsilalanlar arasında da qadınların payı əhəmiyyətlidir. Beləki, ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu,orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizdənçoxunu, ali təhsil müəssisələrinin tələbələrinin isə 50 faizdənçoxunu qızlar təşkil edir.
Respublikamızda elmi işçilərin 60 faizdən çoxu qadınlardır vəonların təxminən 30 faizi elmlər doktoru və fəlsəfə doktoru elmidərəcəsinə malikdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqiüzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
2025-ci ilin ilkin məlumatlarına əsasən, məşğul əhalinin ümumisayında qadınların xüsusi çəkisi 48,1 faiz təşkil edir. Dövlətqulluğunda çalışanlar arasında bu göstərici 30,3 faiz, fərdisahibkarlar arasında isə 23,7 faizdir.
Qadınların respublikamızın ictimai-siyasi həyatda təmsilçiliyidə artmaqdadır. Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişqadın deputatların sayı 2000-ci ildə 10,7 faiz olduğu halda,2025-ci ildə 21,0 faizə yüksəlib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrininidarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayınınildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanlar arasındaqadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildəbu göstərici 18,8 faizə çatıb.