AZ

“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

“Audi” avtomobillərində quraşdırılan EA888 mühərriki məhkəmə predmeti olub. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının sakini bu mühərrikə görə Audini məhkəməyə verib.

Ötən həftə qaldırılmış məhkəmə iddiasında  təzə mühərrikin normadan çox yağ sərf etməsi və bunun digər problemlərə də yol açması göstərilir.  Avtomobil sahibi iddia edir ki, mühərrikin yağtutan halqaları keyfiyyətsizdir.

Buna görə də yağ yanma kamerasına daxil olaraq alışır. Bununla da mühərrikin bütün sistemi pozulur. Rəsmi diler isə avtomobili təmir etsə də, problem aradan qalxmayıb.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
avtosfer.az

1Mənbələr