Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların təkcə döyüş təyyarələri, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinə deyil, həm də insan kəşfiyyatı, texniki, elektron və kiberkəşfiyyata əsaslanan çoxqatlı hazırlıq prosesi nəticəsində reallaşdırıldığı bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ və İsrailin İrana hücumları və Tehranın cavab tədbirləri ilə bağlı proseslər davam etdikcə, əməliyyat çərçivəsində iki ölkə arasında kəşfiyyat əməkdaşlığı xüsusi diqqət mərkəzinə düşüb. İddialara görə, əməliyyat zamanı İranın ali lideri də daxil olmaqla bəzi yüksək vəzifəli şəxslər hədəfə alınıb.
Əsas media və rəsmi açıqlamalarda yer alan məlumatlar hücumdan əvvəl və hücum zamanı çoxqatlı kəşfiyyat mexanizminin işlədiyini göstərir.
Bildirilir ki, əməliyyatlar sahədəki insan mənbələrindən əldə olunan məlumatlar, real vaxt kəşfiyyatı, İran rəhbərliyinin gündəlik fəaliyyətlərinin təhlili, siqnal və kiberkəşfiyyat, peyk və dron müşahidəsi, həmçinin süni intellektə əsaslanan modelləşdirmə kimi vasitələrə əsaslanıb.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.