AZ

İranda “Bəsic” qüvvələrinin bir çox qərargahı dağıdılıb

İranda könüllü hərbi birlik hesab olunan “Bəsic” qüvvələrinin bir sıra qərargah və bazalarının dağıdıldığı bildirilir.

NOCOMMENT.az xəbər verir ki, yayılan məlumatlara görə, ölkənin müxtəlif bölgələrində yerləşən “Bəsic” strukturlarına məxsus çoxsaylı qərargah və bazalar son hücumlar nəticəsində ciddi ziyan görüb. Nəticədə bu qüvvələrin bəzi bölmələrinin fəaliyyətini müvəqqəti olaraq çadır tipli qərargahlardan davam etdirdiyi iddia olunur.

Mənbələr bildirir ki, dağıntılar səbəbindən bir çox bölmənin əvvəlki inzibati və əməliyyat məntəqələri fəaliyyətini dayandırıb. Hazırda həmin qüvvələrin bəzi nümayəndələrinin müvəqqəti çadır qərargahlarında yerləşərək fəaliyyət göstərdiyi qeyd edilir.

Sara

NOCOMMENT.az

Seçilən
107
nocomment.az

1Mənbələr