AZ

Partiya sədri: "Azərbaycan İrana adekvat cavab verəcək, lazım gəlsə..."

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. 

Hücum nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.  Məsələyə Prezident İlham Əliyevdən də sərt reaksiya gəlib. 

Bununıa bağlı “Cebheinfo.az”-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bu hadisə ciddi şəkildə araşdırılmalıdır:

“Hazırda İran tərəfindən hər hansı ciddi bir izahat verilməyib. İran Xarici İşlər Nazirliyinin rəsmisi yalnız bildirib ki, məsələ araşdırılmalıdır. Dərhal araşdırlmalı idi. Bu, nə deməkdir? 

Nə vaxt araşdırılacaq? Deməli, bu dövlət dövlət deyil. Bu qədər vaxt keçdikdən sonra hələ “araşdırılmalıdır" deyilir. Hesab edirəm ki, bu, vaxtı uzatmağa xidmət edir və törədilmiş cinayətin ört-basdır edilməsinə yönəlib. Ancaq bu mümkün deyil. Azərbaycan bu hərəkətin cavabını mütləq verəcək. 

Çünki həm hava limanına atəş açırlar, orada dinc insanların gediş-gəlişi var. Eyni zamanda, mərmilərdən biri məktəbin yaxınlığına düşüb. Kadrlarda da görünür ki, insanlar böyük təlaş və həyəcan içərisindədir. Bu, çox ciddi məsələdir. Məktəbi və məktəbliləri hədəfə almaq istəyirdiniz, yoxsa məqsəd nə idi? Azərbaycana qarşı bu cür hərəkətlərin səbəbi nədir? Azərbaycan ancaq sizə əlindən gələn qədər yaxşılıq edib".

Partiya sədri əlavə edib ki, bu, rejimin xarakterini göstərir:

"Bunlar düzəlmədilər, yola gəlmədilər, Azərbaycanın xoş niyyətini başa düşmədilər”. 

Akif Nağı əlavə edib ki, əgər indi də bu cür mövqe tuturlarsa, Azərbaycan onlara adekvat cavab verəcək, hətta lazım gələrsə, daha artığını alacaqlar:

"Necə ki, vaxtilə Ermənistana cavab verdik. Biz Ermənistanı 30 il gözlədik. Onların başa düşəcəyinə ümid etdik. Dedik, belə hərəkətlər etmək olmaz, Azərbaycanın torpaqlarından çıxmaq lazımdır. Azərbaycana qarşı qərəzli mövqe sərgiləmək olmaz. Onlar Azərbaycanın dinc əhalisinə qarşı ağır cinayətlər törətmişdilər. 

Lakin bütün bu çağırışları və xəbərdarlıqları anlamadılar və nəticədə biz onları “dəmir yumruq”la başa saldıq. İndi görünür ki, İranda da Azərbaycanın mövqeyini, humanist yanaşmasını və dövlətçiliyini başa düşmürlər. Çünki onlar dövlət qura bilmədi. Onların təfəkkürü dövlətçilik təfəkkürü deyil. Başa düşmədilər ki, nə cür dövləti qurmaq olar”.

O qeyd edib ki, son 100 ilə nəzər salsaq, İran tamamilə, başdan ayağa iflasa doğru gedir:

“Minilliklər boyu hakimiyyətdə olmuş türk sülalələrini farslarla əvəz etdilər. Bu da onu göstərdi ki, bu 100 il ərzində bunlar dövləti idarə etməyi bacarmadılar. İstər şah dövründə, istərsə də sonrakı mərhələdə mövcud olan idarəetmə modeli əslində eyni şovinist yanaşmanın davamı idi. Bu isə göstərdi ki, bu cür primitiv yanaşma və metodlarla müasir dövlət qurmaq və onu səmərəli idarə etmək mümkün deyil.

Bu, çox acınacaqlı bir vəziyyətdir. Əlbəttə, heç kim məsələnin daha gərgin mərhələyə keçməsini istəmir. Lakin Azərbaycan da işini ehtiyatlı görməlidir. bu cür təxribatların qarşısımı almaq üçün son dərəcə ehtiyatlı davranmalı və qabaqlayıcı addımlar atmalıdır”.

Seçilən
48
cebheinfo.az

1Mənbələr