AZ

Tolikin yeni layihəsi BƏLLİ OLDU

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) yeni layihəsi ilə yenidən izləyicilərin qarşısına çıxmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Tarix Əliyev bildirib ki, yaxın vaxtlarda "Səmimi" adlı "YouTube" layihəsi yenidən yayımlanacaq.

"Bir zamanlar efirə çıxan müğənniləri tənqid edənlər bu gün özləri hər gün verilişlərdədirlər. Amma çox maraqsız efirlər təqdim olunur. Darıxmayın, tezliklə mənim 'Səmimi' "YouTube" layihəm yenidən yayımlanacaq", - deyə Tarix Əliyev qeyd edib.

Qeyd edək ki, aparıcının yeni layihəsinin detalları və yayımlanma tarixi ilə bağlı yaxın günlərdə əlavə məlumat veriləcəyi gözlənilir.

Hüseyn
Milli.Az

Seçilən
20
6
milli.az

7Mənbələr