İranın rəsmi xəbər agentliyi İRNA və “Mehr” agentliyi Naxçıvana dron hücumunun görüntülərini yayımlayıb.
“Yeni Sabah” xəbər verir ki, hər iki media subyekti dolaysı ilə İranın Naxçıvanı hədəf seçdiyini etiraf edib:
“Azərbaycan Respublikasının Naxçıvan beynalxalq hava limanında pilotsuz təyyarənin hədəfə dəydiyi an” - paylaşımda qeyd olunub.
Xatırladaq ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.
Aytac Əliyeva

Telegram kanalımız