Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Naxçıvana uçan təyyarə təhlükəsizlik məqsədilə Bakıya qayıdıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
“Hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Bakı-Naxçıvan istiqaməti üzrə 263 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub”, - məlumatda qeyd olunub.
***
Naxçıvan Beynəlxalq Hava Limanının Mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb:
“Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır. Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.