AZ

Azərbaycan və OECD arasında investisiya mühiti müzakirə edilib

Azərbaycanla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

"Far.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Səməd Bəşirli ilə OECD-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşündə aparılıb.

Görüşdə Azərbaycan ilə OECD arasında tərəfdaşlığın yeni fəaliyyət sahələri üzrə genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə, iqtisadi islahatlar, investisiya mühiti, dayanıqlı inkişaf və institusional potensialın gücləndirilməsi istiqamətlərində birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Seçilən
103
2
far.az

3Mənbələr